"Tapmaca" tortu

Şirniyyat və Tortlar
10.09.2017 72
 

 Tərkibi:
6 yumurta
6 fincan un
6 fincan şəkər tozu
1 paket vanil
2 paket qabartma tozu
2 yemək qaşığı kakao
Hazırlanması:

3 yumurta, 3 fincan şəkər mikserlə çırpılar, yarım paket vanil, 1 paket qabartma tozu və 3 fincan un qatılıb bir daha çırpılar. Digər tərəfdə qalan ərzaqlarla başqa bir qabda eyni əməliyyat edilər. İki dənə eyni böyüklükdə sini yağlanır və keks xəmirləri içinə tökülür (əgər iki dənə eyni boyda nimçə yoxsa əvvəl birinci xəmiri bişirin, soyuyunca nimçəyə boşaldıb digər xəmiri bişirin).
175 dərəcə əvvəldən isidilmiş sobada 20 - 25 dəqiqə bişirin. Kekslərə soyuyunca ortalarına uyğun böyüklükdə bir qab qoyub yumru kesin.ikiside eyni olsun! Kakaolu keksin boş qalan ortasına ağ keksin ortasını qoyun. Ağ keksin boş qalan ortasınada kakaolu keksin ortasını qoyun. Aralarına pudinq sürtün üstünədə pudinq sürtüb və istədiyiniz kimi bəzəyin. Soyuducuda soyudun.

Nuş Olsun! 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!