Gül Şirniyyatı

Gül Şirniyyatı
Şirniyyat və Tortlar
10.09.2017 109
Vəsaitlər:
• 100 Qram Marqarin ( Kərəyağı İstifadə edirəm)
• 2 Ədəd Yumurta
• Yarım Su Stəkanı Sıvıyağ
• Yarım Su Stəkanı Qatıq
• 1 Su Stəkanı Manna yarması
• 1 Paket Vanil
• 1 Paket Qabartma tozu
• Kifayət Qədər Un
( Xəmirin konsistensiyasını yumşaq tutdurun çünki sonra qaya kimi gül şirinləriniz olur)
Şərbəti :
3,5 su stəkanı şəkər
4 su stəkanı su
Hazırlanması
1. Əvvəlcə şərbəti hazırlayırıq ki biz sobadan gül şirinini çıxarana qədər şərbət soyusun
2. Su və şəkəri bir qazana qoyub qaynadırıq və soyumağa buraxırıq
3. Bütün vəsaitləri dərin bir kabın içinə qoyursunuz və 20 dəqiqə qədər yoğurursunuz.
4. Yoğurduğunuz xəmiri banko üzərinə mərdanə köməyiylə açırsınız və çay stəkanının ağızı ilə parçalar kəsirsiniz
5. Əldə etdiyiniz yumru bezeleri şəkildə ki kimi yarıları üst üstə gələcək şəkildə sıralayırsınız və üstdə qalacaq olan bəzənin iki ucuna fındıq qoyursunuz
6. Fındıq qoyduğunuz bezedən başlayaraq aşağıya doğru yumrulayaraq qucaqlayırsınız
7. Ən son əməliyyat isə yumruladığınız bezələrin tam ortadan kəsirsiniz və kəsdiyiniz tərəfini soba nimçənizə oturdacaq şəkildə sıralayırsınız
8. Əvvəldən isidilmiş 170 dərəcə sobada 20 dəqiqə bişirirsiniz
9. Bişən gül şirinlərini dərhal istiykən üzərinə, soyumuş olan şərbəti tökürsünüz və nuşla yeyirsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!