Çiyələkli desert

Çiyələkli desert
Şirniyyat və Tortlar
10.09.2017 32
 


 Tərkibi:

250 qr kəsmik

250 qr çiyələk

100 ml qaymaq

100-120 qram yumuşaq peçenye

50 qr şəkər pudrası

150 ml portağal şirəsi

Hazırlanması:

Çiyələyi təmizliyib,yuyub, xırda-xırda doğrayın. Üzərinə 25 qram şəkər pudrası əlavə edin, yaxşıca çalın. Soyumuş qaymağı da çalın. Kəsmiyi qaşıqla əzib, qarışdırın. Kəsmiyin üzərinə 1 x.q portağal şirəsi və qalan şəkər pudrasını da ( 25 qram) əlavə edib, yaxşıca qarışdırın. Sonra kəsmikli kütlənin üzərinə çalınmış qaymağı da əlavə edib, yenidən yaxşıca çalın.

Kəsmikli kremin 1/3 hissəsini ayrı boşqaba qoyub, kənara çəkin.

Peçenyeni xırdalayıb, üzərinə portağal şirəsi gəzdirin. Peçenyenin yarım hissəsini xüsusi bişirmək üçün forma qabına yerləşdirib, üzərindən kəsmikli çiyələkli kremi tökün. Kremin üzərindən qalan peçenyeni yerləşdirin. Sonra üzərinə ağ kəsmikli kremi töküb, 1-2 saat ərzində soyuducuya yerləşdirin. 

Süfrəyə verərkən desertin üzərinə sürtgəcdən keçirilmiş şokolad da səpə bilərsiniz.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!