Yerkökü tortu

Yerkökü tortu
Şirniyyat və Tortlar
10.09.2017 8
[/b]
[/b]Tərkibi: 

1 st. doğranmış qoz

2 st. sürtgəcdən keçirilmiş yerkökü

2 st. buğda unu 

1 st. bitki yağı

300 q kəsmik 

2 st. şəkər pudrası

3 yumurta

1 ç.q. qabartma tozu

1 ç.q. darçın

1 ç.q. üyüdülmüş muskat cevizi

duz

krem üçün:

150 q krem-pendir 

3 x.q. kərə yağı

6 x.q. şəkər tozu 

Qabartma tozu, darçın, muskat cevizi, duz ilə unu qarışdırın. 

Kəsmiyə yağ, şəkər əlavə edib qarışdırın, dayanmadan qarışdıraraq bir-bir yumurtaları içinə çalın. Sonra ədviyyat qatdığınız unu əlavə edin. Köklə qozun bir hissəsini bəzək üçün ayırıb qalanını xəmirə qatın 

Xəmiri siniyə töküb üzərini hamarlayın. 1,5 saat ərzində 180 dərəcə qızdırılmış sobada bişirin. 

Krem üçün 1 ç.q. şəkər pudrasını yağla çalın, krem-pendir əlavə edib bircinsli qarışıq alınanadək çalın. Əlinizi saxlamadan qalan şəkər pudrasını da əlavə edin. 

Korju sobadan çıxarandan sonra soyudun, üzərinə krem çəkib bəzəyin.[/b]
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!