Karamel Souslu Almalı Kub

Karamel Souslu Almalı Kub
Şirniyyat və Tortlar
10.09.2017 23
 
İlk öncə onu qeyd edək ki Meyvəli şirniyyatlar, şərbətli və xəmir şirniyyatlara görə daha az kalorili və daha yüngüldülər. Xüsusilə yeməklərdən sonra yeyəcəksinizsə, yüngül bir şirniyyat seçimi edə bilərsiniz.
Vəsaitlər:
4 alma
3 yemək qaşığı toz şəkər
Yarım su stəkanı fındıq (iri döyülmüş)
Darçın
4 su stəkanı süd
¾ su stəkanı toz şəkər
1 paket vanil
2 xörək qaşığı un
1 xörək qaşığı misir nişastası
1 paket toz kremşanti
1 su stəkanı toz şəkər
15 gr kərə yağı
200 ml krem

Hazırlanışı:
Almaların qabıqlarını soyub kiçik kublar şəklində doğrayın və tavaya atın.
Şəkər əlavə edib orta istiliydə yumşalana qədər bişirin.
Darçın və fındıqları əlavə edin.
Soyuduqdan sonra kupları azca sıxın
Misir nişastası, un, şəkər, vanil və 3 su stəkanı südü bir qazana tökün.
Orta istilikdə davamlı qarışdıraraq tündləşənə qədər bişirin.
Kremşanti ilə südü mikserlə yaxşıca çırpın.
Pudinqə qarışdırın və almaların üzərinə doldurun.
Soyuducuda soyudun.
Sous üçün, şəkəri bir tavaya tökün və orta atəşdə əridin.
Kərə yağını əlavə edib əriyənə qədər gözlədin.
Kremi əlavə edib 3-4 dəqiqə qaynadın.
Sousu kubların üzərinə gəzdirin.
Böyürtkən ilə bəzəyib servis edin.
Nuş olsun!

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!