Sevgi Tortu

Sevgi Tortu
Şirniyyat və Tortlar
10.09.2017 36
 Sevgi Tortu
 Vəsaitlər:
1 şorba qaşığı kakao
2 stəkan un
Yarım paket qabartma tozu
Keksi islatmak üçün:
1 stəkan süd
1 çay qaşığı şəkər tozu
6 ədəd yumurta
1 stəkan şəkər tozu
1 paket vanil
Krem üçün:
1 ədəd yumurta
1 stəkandan 2 barmaq əskik şəkər tozu
3 şorba qaşığı un
Yarım kq süd
Yarım paket vanil
1 şorba qaşığı marqarin
1 çay stəkanı şokolad
Üzəri üçün:
2 paket krem ​​şanti
2 stəkan soyuq süd
Bəzəmək üçün:
Rəngli kanfetlər
 
* * *
 
Dərin bir kasada yumurta və şəkər tozunu mikserlə tünd konsistensiyaya gələnə qədər yaxşıca çırpın.
Vanil əlavə edib, bir az da çırpın. Kakao, un və qabartma tozunu qarışığa əlavə edin və taxta bir qaşıqla qarışdırın.
Hazırladığınız qarışığı yağlanmış yumru qandallı keks qəlibinə boşaldın.
Əvvəldən isidilmiş 165 dərəcə sobada 35-40 dəqiqə bişirin.
Soyuyunca qəlibdən çıxarın və tortu iki bərabər hissəyə bölün.
Bir stəkan südə bir çay qaşığı şəkər tozu əlavə edib əridin və keks parçalarını südlə isladın. Digər tərəfdən krem üçün, bir qazanda yumurta, şəkər tozu və unu yaxşıca qarışdırın. Daha sonra qazanı odun üstünə qoyun.
Südü yavaşca əlavə edərək taxta bir qaşıqla qarışdıraraq tünd bir konsistensiya alana qədər bişirin.
Qaynadıqda qazanı oddan götürüb, vanil və marqarini əlavə edin.
İslatdığınız keksin alt hissəsini qaba qoyun. Üzərinə krem çəkin.
Digər keks parçasının kəsilmiş qisiminə də nazik bir qat krem çəkib, damla şokolad səpin və kremli keksin üzərinə bağlayın.
Üzəri üçün, bir kasada krem şanti ilə soyuq südü mikserlə yaxşıca çırpın. Keksin hər tərəfini krem şanti ilə örtün.
Üzərini rəngli konfetlərlə bəzəyin. Soyuducuda bir-iki saat gözlətdikdən sonra xidmət edin.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!