Fındıqlı peçenye

Fındıqlı peçenye
Şirniyyat və Tortlar
10.09.2017 84
Fındıqlı peçenye
 Tərkibi:
Xəmiri üçün:
1 ədəd yumurta
200 qr kərəyağı
100 qr pudra şəkəri
Yarım çay stəkanı buğda nişastası
2 çay qaşığı toz qəhvə
2 yemək qaşığı günəbaxan yağı
Yarım paket qabartma tozu
Aldığı qədər un
Üzəri üçün:
1 ədəd yumurta ağı
1 yemək qaşığı toz şəkər
1 stəkan iri çəkilmiş fındıq 
Hazırlanması:
Xəmiri üçün verilən vəsaitləri dərin bir qabda qarışdırın.
Unu yavaş-yavaş əlavə edib, ələ yapışmayan xəmir halına gələnə qədər yaxşıca yoğurun.
Parçalara ayırıb, yumrulayın.
Fındıq və toz şəkəri bir kasada qarışdırın.
Daha sonra peçenyeləri əvvəl yumurta ağına, ardından da fındıqlı xərclə bulayıb, yağlı kağız olan nimçəyə düzün
Əvvəldən isidilmiş 160 dərəcə sobada 15-18 dəqiqə bişirin.


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!