Abşeron tortu

Abşeron tortu
Şirniyyat və Tortlar
10.09.2017 110
Tərkibi:
3 st. un
4 yumurta
2 st.şəkər tozu
4 xörək qaşığı sirkə
0.5 çay qaşığı soda
4 xörək qaşığı mürəbbənin, yalnız suyu
1 paket vanil


Üstü üçün krem:
Kremşanti
1 st süd
İçi üçün krem:
1 banka qatlaşdırılmış süd
200 qr. kərə yağı


Hazırlanması:
Yumurta və şəkər tozunu ağarana qədər çalırıq.Bir stəkana sirkəni tökürük,üzərinə soda əlavə edirik.Bu zaman sirkə köpüklənəcək.Bu qarışığı,mürəbbə suyunu və vanili yumurtalı qarışığa əlavə edib yenidən çalırıq.Ən sonda unu ələyib qarışdırırıq.Xəmiri 3 hissəyə bölüb,kərə yağı ilə yağladığımız listə 1 hissəni yayırıq.180 dərəcədə üzəri qızarana qədər bişiririk.Təxminən 15 dəqiqə.Digər hissələri də eyni qayda ilə bişirib soyumağa qoyuruq. Bu arada kremimizi hazırlayırıq.Bunun üçün 200 qr. kərə yağı və bir banka qatılaşdırılmış südün 3/4 hissəsini əlavə edib krem halı alana kimi qarışdırırıq.Soyumuş biskvitləri sırayla kremləyirik.Üzərini istədiyimiz kimi bəzəyirik.

 P.S. Reseptdə tortun üzərini bəzəmək üçün krem şanti yazılıb. Lakin biz krem şantini sevmədiyimiz üçün istifadə etmədim. Siz totunuzu zövqünüzə görə bəzəmək üçün istifadə edə bilərsiz.Tortumuz hazırdır. Bir neçə saat otaq hərarətində gözlətdikdən sonra servis edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!