Meyvəli tort

Meyvəli  tort
Şirniyyat və Tortlar
10.09.2017 156
 [/b]
  Ərzaqlar:
 
 
[b]Biskvit üçün:

6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1/2 ç.q vanil
Krem üçün:
200 q kəsmik
1 st şəkər tozu
200 q qaymaq
1/2 ç.q vanil
Bəzək üçün:
müxtəlif növ meyvələr
Biskviti hazırlamaq üçün yumurtaların sarısını ağından ayırırıq. Ağını köpüklənənə qədər çalırıq.Şəkər tozunu az-az töküb çalırıq.Yumurta sarılarını bir-bir töküb çalırıq.Unu və vanili əlavə edib qaşıqla qarışdırırıq.Qaba kağız qoyub qarışığı töküb bərabər yayırıq.180 dərəcə qızdırılmış sobada üzü qızaranədək bişiririk.(təx. 15-20 dəq.)Biskviti qabdan çıxarıb soyuduqdan sonra üzünü bıçaqla nazik kəsib götürürük.Sap vasitəsi ilə biskviti bərabər iki hissəyə bölürük.Meyvələrin hamısını doğrayırıq.Bir layı qoyub kremləyirik. Arasına meyvə yığırıq.İkinci layı qoyub yanını və üzünü kremləyirik.Qalan meyvələrlə üzünü bəzəyirik.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!