Şokoladlı pirojna

Şokoladlı pirojna
Şirniyyat və Tortlar
10.09.2017 38
Tərkibi:
150 q şokolad
150 q kərə yağı və ya marqarin
150 q şəkər tozu
2 yumurta
250-300 q un
2 ç.q. qabartma tozu (və ya 1 ç.q. söndürülmüş soda)
2 ç.q. vanilli şəkər
şəkər pudrası
Şokoladı su hamamında əridin. Yağı şəkər tozu və vanilli şəkərlə qarışdırın.
Yumurtaları əlavə edin, yaxşıca qarışdırın.
Şokoladı əlavə edin.
Qabartma tozu, un əlavə edərək qatı olmayan xəmir hazırlayın.
Sinini yağlayıb perqament döşəyin. Xəmiri içinə yayın.
180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.
Hazır olandan sonra kvadratlara bölün.
Kağızdan müxtəlif fiqurlu trafaret kəsin.
Trafareti kvadratların üzərinə qoyaraq şəkər pudrası səpin, trafareti götürün.
Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!