Şokoladlı keks

Şokoladlı keks
Şirniyyat və Tortlar
10.09.2017 48

 
Keks üçün vəsaitlər:
125 qr kərə yağı

160 qr bitter şokolad
3 yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı süd
1.5 su stəkanı un
1 yemək qaşığı kakao
1 paket vanil
1 paket qabartma tozu 
Üzəri üçün:
200 qr bitter şokolad
200 ml krem
80 qr parça şokolad
6 ~ 8 çiyələk
Hazırlanması:
Kərə yağı və şokoladı kiçik parçalara bölərək qazançaya əlavə edin və orta atəşdə əriyincəyə qədər gözlədin. Bir qabda yumurtalar və şəkəri mikserlə çırparaq şokolada əlavə edin. Süd, kakao, vanil, un və qabartma tozunu əlavə edib qarışdırın. Qarışığı yağlanmış kiçik keks qəliblərinə paylaştırın və 170 dərəcəyə nizamlanmış sobada kibrit çöpü batırıldığında təmiz çıxana qədər bişirin. Sobadan çıxardıb soyumağa buraxın. Kremi kaynatmadan istilədin və kiçik parçalara bölünmüş şokoladı içinə əlavə edərək əriyincəyə qədər qarışdırın. Keksləri qəliblərindən çıxardıb üzərlərinə şokoladlı kremi gəzdirin. Kənarlarına parça şokoladlar yapışdırın. Çiyələk ilə bəzəyərək xidmət edin.Şokoladlı keks artıq hazır, Nuş olsun!  :mmmm:


[b][/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!