Əncir şirniyyatı

Əncir şirniyyatı
Şirniyyat və Tortlar
10.09.2017 53
Vəsaitlər:

Keks üçün

6 ədəd quru əncir, suda isladılmış, kiçik doğranmış
1 su stəkanı qoz içi
1 su stəkanı toz şəkər
1 su stəkanı un
3 yumurta
1 paket (1 desert qaşığı) qabartma tozu

Şərbəti üçün:

1,5 su stəkanı su
1 yemək qaşığı Nescafe
Yarım su stəkanı toz şəkər
Pudinq üçün:

2 yemək qaşığı nişasta
2 yemək qaşığı un
1lt süd
5 yemək qaşığı toz şəkər
50gr kərə yağı
Bişdikdən sonra, 1 paket toz krem şanti
Hazırlanması:

Keks üçün yumurta və şəkəri çırpın, qozu, unu, qabartma tozunu əlavə edib qarışdırın.
Ən son əncir əlavə edib düzbucaqlı listə tökün və 160 da bişirin (Əncirə görə aşağı istilikdə bişməsi lazımdır).
Bişərkən krem şanti xaricindəki materiallarla pudinq edin.
Bişdikdən 5 dəqiqə sonra 1 paket toz krem şantini əlavə edib mikserlə çırpın.
Keks bişdikdən sonra 3-4 dəq. havalandırın.
Şərbət vəsaitlərini qarışdırıb (bişirmədən) keksin üzərinə tökün.
5 dəqiqə sonra pudinqi üzərinə yayın.
Soyuducuda 2-3 saat gözlədin.
Nuş olsun!


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!