Günün Ləzizi: Ev Paxlavası

Günün Ləzizi: Ev Paxlavası
Şirniyyat və Tortlar
10.09.2017 34

Vəsaitlər:



10 su stəkanı un

10 yemək qaşığı əridilmiş kərə yağı
2 yumurta
1 su stəkanı qatıq
1 çay qaşığı duz
Yarım su stəkanı ilıq su
2 su stəkanı döyülmüş qoz içi
nişasta

Siropu üçün:
5 su stəkanı şəkər tozu
5 su stəkanı su
2-3 damla limon suyu
Hazırlanması:
-Dərin bir qarışdırma qabında un, yumurta, qatıq, duz və ilıq suyu qarışdırıb yoğurun. Bir saat qədər istirahət etməyə buraxın. Xəmiri 10 bəzəyə(hissələrə) ayırın. Xəmir bəzələrini nişasta və un qarışığı ilə səpdiyiniz mətbəx dəzgahında incəcik açın. Yağladığınız soba nimçəsinə 5 yuxanı üst-üstə yerləşdirin. Üzərinə bol qoz içi səpin. Digər yuxalarla üzərini bağlayın. Üçbucaq dilimlər kəsib üzərinə qızğın kərə yağı səpin. Əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin. Sirop üçün dərin bir qazanda şəkərr və suyu qaynadın. Qaynamağa yaxın limon suyunu əlavə edin. Sobadan çıxarıb soyuyan paxlava üzərinə ilıq siropu gəzdirin. Bir saat gözləyin və sonra xidmət edin.

Ev paxlavası artıq hazırdır, nuş olsun. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!