Napaleon Tortu

Napaleon Tortu
Şirniyyat və Tortlar
10.09.2017 96
"Napoleon" tortunun tərifləri çoxdur. Kimisi xəmirinə sirkə, kimisi araq vurur. Ərzaqların qədəri, xəmirin soyuducuda saxlanma müddəti də fərqlidir. Təqdim etdiyimiz bu resept populyar olanlardan biridir. Həmçinin videoda göstərilən qayda ilə də bu tortu hazırlaya bilərsiniz. 
Tərkibi: 
xəmir: 
2 yumurta
300 q kərə yağı
6 st. un (1 st.=200 ml)
100-150 ml su
0,5 ç.q. duz
4 x.q. sirkə
300 ml su
bişmiş krem: 
5 yumurtanın sarısı
1,5 l süd
3 x.q. nişasta
300 q şəkər tozu
vanil
250 q kərə yağıSoyuq kərə yağını unun üzərində sürtgəcdən keçirin. Duz səpin. Yumurta, su və sirkəni qarışdırıb buraya əlavə edin. Xəmir yoğurun. Onu bir ləyənə qoyub ağzına qida plyonkası çəkin, 1,5-2 saat soyuducuda saxlayın. 
Soyuq xəmiri bir neçə bərabər hissəyə bölün. Hər birini 2 mm qalınlıqda yayın. Siniyə qoyub bıçaq və ya çəngəllə bir neçə yerindən deşin. 220-250 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Sarı-qızılı rəngə çalanda götürün. Korjlardan hansısa dağıldısa, ondan üstünə səpmək üçün istifadə edə bilərsiniz.
Krem üçün: südün 1 stəkanını ayırıb kənara, qalanını qazana töküb ocağın üstünə qoyun. Yumurta sarısı, 1 st süd, şəkər tozu, nişasta və vanili çalın. Qaynayan südə əlavə edin, bu zaman onu daim qarışdırın. Qatılaşanacan qarışdıra-qarışdıra bişirin, krem qaynamamalı, dibi tutmamalıdır. Ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Ən asan variant: qabı olan mikserə töküb ən aşağı sürəti qoşun. Bu zaman onun üzərində qaymaq əmələ gəlməyəcək. 
Bişmiş kremi olduğu kimi, bəzən də ona yağ qataraq istifadə edirlər. Bunun üçün kərə yağını ağaranadək çalın. Sonra soyumuş bişmiş kremi tədricən əlavə edərək çalın.
Korjlardan bir-ikisini xırdalayın (tortun üstünə səpmək üçün). Korjların arasına krem çəkin, üst-üstə yığın. Tortun üzərinə və kənarlarına da krem çəkin. 1-2 saat saxlayın. Bu müddətdə krem korjlara hopacaq və onları yumşaldacaq. İti bıçaqla tortun kənarlarını hamarlayın. Yenə krem çəkin.
Qırıntıları şəkər pudrası ilə qarışdırın. Tortun üstünə və kənarlarına səpin. Tortun tam özünü tutması üçün bir neçə saat saxlayın.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!