Günün Ləzizi: Balqabaqlı keks

Günün Ləzizi: Balqabaqlı keks
Şirniyyat və Tortlar
10.09.2017 27

 Tərkibi:
3 ədəd yumurta;

1.5 su stəkanı toz şəkər;
Yarım su stəkanı zeytun yağı;
1 su stəkanı balqabaq püresi;
2 yemək qaşığı kakao;
1 paket qabartma tozu;
1 çay qaşığı karbonat;
1 xörək qaşığı portağal qabığı;
2.5 su stəkanı un.
Üzəri üçün:
2 su stəkanı süd;
1 xörək qaşığı kakao;
1 xörək qaşığı şəkər.
Hazırlanması:
Balqabağı bir az su ilə qaynadıb, püre halına gətirib, soyumağa buraxın.
Yumurta və şəkəri dərin bir qaba alıb, qabarana qədər çırpın.
Un və qabartma tozu xaricindəki bütün vəsaitləri əlavə edib, qarışdırın.
Unu və qabartma tozunu əlavə edib, bir neçə dəfə qarışdırın.
Yağlanmış orta boy soba nimçəsinə keks xəmirini tökün.
Əvvəldən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin.
Sobadan çıxan keksin hər yerini diş çöpü ilə dəliklər açın.
Qəhvə fincanıyla kəsərək, keksdən yumrular çıxarın.
Süd, kakao və toz şəkərini qazana alıb, qaynadın.
Sousu, xidmət edəcəyiniz qaba aldığınız kekslərin üzərində gəzdirin.
Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!