++++++++++++++++++++++++Yoqurtlu Tort

++++++++++++++++++++++++Yoqurtlu Tort
Şirniyyat və Tortlar
10.09.2017 21
Ərzaqlar:

200 q peçenye

50 q kərə yağı

20 q jelatin

1000 ml şirin, 2,5%-li yoqurt

3 paçka müxtəlif rəngli jele


Hazırlanması:

Tortun əsası üçün peçenyeləri xırdalayın, yumşaldılmış kərə yağı ilə eynicinsli kütlə alınanadək qarışdırın, kərə yağı çəkilmiş, kənarları açılan formanın (28 sm diametrli) içinə qoyub hamarlayın. Bunu bir neçə dəqiqə dondurucuda saxlayın.
Üç müxtəlif jeleni qablaşdırmasının üstündə göstərilən qaydada hazırlayın. Bunları elə də hündür olmayan üç ayrı qaba yığın. Soyuducuda bərkiməsi üçün bir müddət saxlayın. Sonra çıxarıb kubiklərə bölün.
Jelatini bir qədər isti suda həll edib şişməsi üçün saxlayın. Sonra su hamamına qoyub jelatin tam əriyənədək saxlayın (qaynatmaq olmaz). Bunu nazik axınla durmadan qarışdırdığınız yoqurtun içinə tökün. Bundan sonra dərhal yoqurtla jelatin qarışığını (yoqurt çox tez qatılaşır) peçenyedən hazırladığınız korjun üstünə qoyun. Bunun üstünə müxtəlif rəngli jele kubiklərini qoyun, tortu soyuducuya yerləşdirin.
Süfrəyə verməzdən əvvəl tortu soyuducudan çıxarın, bir neçə saniyə içində qaynar su olan ləyəndə saxlayın. Belədə jele formanın kənarlarından asanlıqla ayrılır. Bundan sonra tortu ehtiyatla çıxarıb qaba qoyun.
Qeyd: bu tortun içinə meyvə də qoymaq olar. Təzə, yaxud konservləşdirilmiş meyvəni xırdalayıb peçenye korjunun üstünə düzün, jelatinli yoqurtu isə üstünə çəkin.



Redakte etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!