+++++++++++++++++++++Ballı pudinq tərifi

+++++++++++++++++++++Ballı pudinq tərifi
Şirniyyat və Tortlar
10.09.2017 9


 Tərkibi:

1 litr süd

1 su stəkanı un

Yarım su stəkanı toz şəkər

2 paket vanil

2 ədəd banan

1 çay stəkanı bal

Yarım çay stəkanı su



Hazırlanması:

Qazana süd, un, şəkər tozu və vanil alın. Orta dərəcəli odda qatılaşana qədər qarışdıraraq, bişirin.

Qarışığı ocaqdan götürüb, soyuması üçün gözlədin. Bananların qabıqlarını soyub, halqa şəklində doğrayın.

Servis qablarını su ilə yüngülcə isladın. Kasaların yarısına qədər pudinq qoyun.

Üzərinə bir neçə dilim banan yerləşdirin. Kasanı dolduracaq şəkildə pudinq qoyun.

Kasaları soyuducuda 2 saat gözlədin. Kasaları nimçələrə tərs çevirin.

Bal və suyu sous qazançasına alıb, az xodda qaynadın. Ballı sous soyuduqdan sonra pudinqlərin üzərinə tökün.

Nuş olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!