++++++++++++++++++Mozaik tortu

++++++++++++++++++Mozaik tortu
Şirniyyat və Tortlar
10.09.2017 5


 Ərzaqlar:


300 qram biskvit

1 su stəkanı süd

3 yemək qaşığı kakao

5 yemək qaşığı şəkər

3 yemək qaşığı marqarin

1 su stəkanı qoz və ya fındıq (istəyə bağlı)



Hazırlanması:

Əvvəlcə biskvitləri qırırıq, qırarkən də çox balacalaşdırmamağa diqqət edirik. Marqarini bir tavada əridirik.

Əriyən marqarini, südü, şəkəri qısacası digər bütün vəsaitləri biskvitin üzərinə əlavə edirik. İstəyə görə qoz yerinə fındıq da istifadə edilə bilər.

Daha sonra yaxşıca qarışdırırıq və qarışığı streç folqa arasına boşaldaraq, əlimizlə rulet şəklini veririk və ya uzun incə qabı varsa onun içinə də yerləşdirərək daha düzgün şəkilli olur. Xidmət etmədən əvvəl şkafda 2-3 saata qədər saxlayın.

Nuş olsun! 

Redaktə Etdi: N E L L I

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!