+++++++++++++++Pankek

+++++++++++++++Pankek
Şirniyyat və Tortlar
10.09.2017 6


 Lazım olan ərzaqlar:

100 ml süd

1 çay qaşığı qabartma tozu

100 qr toz şəkər

120 qr un

3 yumurta (2-sinin sarısı, 1-i tam)

30 qr ərimiş kərə yağı

1 çimdik duz

 
əzək üçün şokolad, cem və toz şəkərdən istifadə edə bilərsiniz (zövqə görə)





Hazırlanması:

Bir qabda yumurta və şəkər yaxşıca qarışdırılır, köpüklənənə kimi. Daha sonra un və qabartma tozu əlavə edilir və qarışdırmağa davam etdirilir.
Artıq xəmir halına gəldikdə süd və kərə yağı əlavə olunur. Duru halda xəmir alınır. Soyuducuda bir saat saxlanılır.

Daha sonra həmin xəmiri əvvəlcədən qızdırılmış tavaya nazik təbəqə şəklində yayılır. Hər iki tərəfi bişirilir.

Bişmiş keksin üzərinə cem əlavə edib, soyumamış rulet kimi bükə, ya da üzərinə şokolad sosu və toz şəkər əlavə edib, isti-isti süfrəyə verə bilərsiniz.

Nuş olsun! 

Redaktə Etdi :N E L L I


 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!