+++++++++++++++++++++Zebra keks

+++++++++++++++++++++Zebra keks
Şirniyyat və Tortlar
10.09.2017 20
 

 Tərkibi:



4 ədəd yumurta

1 su stəkanı toz şəkər (200 qr)

1 su stəkanından bir az az duru yağ (150 ml)

1,5 su stəkanı un (300 qr)

1/3 su stəkanı su (100 ml)

2 yemək qaşığı kakao və 2 yemək qaşığı su

1 paket vanil və ya 6-7 damla vanil aroması

Hazırlanması:

Yumurtaları, şəkər və vanil ilə rəngi yaxşıca açılıb, krem halına gələnə qədər çırpın.

Yağı, suyu və vanili (ya da aroma) əlavə edin. Homogen bir qarışıq olana qədər qarışdırın.

Qabartma tozunu una qarışdırın. Unu yavaş-yavaş yumurtalı qarışığa yedirin.

Xəmiri bərabər olaraq ikiyə bölüb, digər yarısına kakao və 2 yemək qaşığı suyu əlavə edib qarışdırın.

Qəlibin tam ortasına 3 qaşıq qədər ağ xəmirdən tökün və ağ xəmirin tam ortasına yenə 3 qaşıq qədər kakaolu xəmirdən qoyun, xəmir öz-özünə yayılır, üzərini düzəltmək üçün məşğul olmayın.

Bütün vəsait bitənə qədər bu şəkildə davam edin sonra bir çöpün köməyi ilə üzərinə ortasından kənarlara doğru yüngül bir xətt çəkərək şəkil verin.

Əvvəldən isidilmiş sobada təxminən 40-50 dəqiqə bişirin.


Nuş olsun! 

Redaktə Etdi:N E L L I

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!