++++++++++++++++++++Meyvəli vafli

++++++++++++++++++++Meyvəli vafli
Şirniyyat və Tortlar
10.09.2017 17
VƏSAİTLƏR

• 2 ədəd yumurta

• 125 qr. kərə yağı (əridilmiş və ılımış)

• 2 yemək qaşığı şəkər

• 1 su stəkanı süd

• 1 tutam duz

• 1,5 su stəkanı un

• 1 paket qabartma tozu

• 1 paket vanil



Daxili vəsait:

• Şokoladlı fındıq kremi (çokokrem, nutella və s.)

• Çiyələk, banan



Hazırlanması

1.Yumurtaların ağlarını və sarılarını ayrı-ayrı çırpma qabına alın. Yumurta ağlarını bir tutam duz ilə qar halına gələnə qədər mikserlə çırpın.

2.Yumurta sarılarını da ayrıca toz şəkərlə çırpın. Kərəyağını, südü və vanil əlavə edin. Un ilə birlikdə qabartma tozunu ələyərək qarışığa əlavə edin.

3.Qar halına gətirmiş olduğunuz yumurta ağlarını da əlavə edərək yavaşca qarışdırıb hazırlayın.

4.Bişirmək üçün, waffle maşınını, tost maşınını ya da yapışmaz səthli bir tavayı kərə yağı ilə yağlayın və istilədin. Qarışıqdan bir çömçə qədər qoyaraq qızarana qədər bişirin. (Tava ilə etsəniz arxalı önlü bişirmək lazımdır.)

5.Bütün vəsaiti bişirdikden sonra arasına çokokrem sürtün və üzərinə çiyələk, banan ya da istədiyiniz digər meyvələrdən qoyaraq yeyin.



QEYD: Reseptdəki miqdarlarla 4 adam üçün waffle hazırlana bilər.



 


Tərcümə etdi: nura 21скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!