Şəkərbura

Şəkərbura
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi:

1 kq un.

500 qr yumşalmış yağ.

4 yumurta.

2 xörək qaşığı şəkər tozu.

0,5 çay qaşığı duz.

0,5 çay qaşığı maya .

İçlik üçün:

1 kq qabığı təmizlənmiş fındıq ləpəsi.

1 kq şəkər tozu.

10 qr üyüdülmüş hil.

Hazırlanması:

Ərzaqları töküb aldığı qədər ilıq süd əlavə edib xəmiri yoğururuq.

Qabığı təmizlənmiş fındıq ləpəsini ləpəçəkən maşından keçirərək şəkər tozuyla qarışdırıb üyüdülmüş hil əlavə edirik. Xəmir 30 dəqiqə acıdıqdan sonra 30 sm diaqonallı 0,5 sm qalınlıqda xəmir yayıb arzuolunan fincanın ağzı ilə kəsib eyni ölçülü yuxalar alırıq.

Yuxanın ortasına 1 qaşıq içlik töküb ehtiyatla xəmirin qıraqların üst-üstə qoyub yarışdıraraq bükürük.

Qırağı bükülmüş şəkərburaları 15 dəqiqə soyuq otaqda saxladıqdan sonra naxışlayaraq üstünü qızartmamaq şərtilə 10-15 dəqıqə 200 dərəcədə bişiririk.Şəkərburalar şişməsin deyə iynə ilə onu 2-3 yerdən deşmək lazımdır.







скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!