Fındıqlı popkek

Fındıqlı popkek
Şirniyyat və Tortlar
10.09.2017 20


Tərkibi:



2 ədəd yumurta

1 stəkanı toz şəkər

1 stəkanı qatıq

1 stəkanı duru yağ

Yarım stəkan fındıq içi

1 paket qabartma tozu

1 paket vanil

2 stəkanı un

2 yemək qaşığı kakao

1 paket südlü şokolad



Üzəri üçün:

Fındıq içi


Şirinin hazırlanması

Yumurta və toz şəkəri dərin bir qabda yaxşıca çırpın. Qatıq, yağ əlavə edib, çırpmağa davam edin.

Un, qabartma tozu, kakao, vanil, fındıq içini əlavə edib qarışdırın. Topkek qəliblərini yağlayıb, xəmiri qəliblərə boşaldın.

Əvvəldən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin. Bişən keksləri sobadan çıxarıb soyuması üçün gözlədin.

Şokoladı əridin. Kekslərin üzərini əridilmiş şokoladla örtün. Üzərinə fındıq səpib, xidmət edin.



Nuş olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!