2 Ləziz dad bir arada

2 Ləziz dad bir arada
Şirniyyat və Tortlar
10.09.2017 23


 

Şokoladlı çaylı keks:


Tərkibi:
3 ədəd yumurta

1 su stəkanı toz şəkər

1 su stəkanı maye yağ

1 su stəkanı soyuq dəmli çay

1 paket qabartma tozu

1 xörək qaşığı darçın

4 yemək qaşığı kakao

2,5-3 stəkan un

Hazırlanması:

Yumurta və toz şəkəri dərin bir qabda yaxşıca çırpın. Yağ və çayı əlavə edib çırpmağa davam edin. Qabartma tozu, darçın, kakao və unu əlavə edib qarışdırın.

Keks qəliblərini yağlayıb keks xəmiri pay edin. Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 25 dəqiqə bişirin.

Şokoladı əridib keks üzərində gəzdirin. Şokolad donduqdan sonra servis edə bilərsiniz.









 

Göyqurşağı keks:


Tərkibi:
1/2 stəkan əridilmiş kərə yağı,

2 yumurta (yüngül çırpılmış),

1 paket vanil,

1 yarım stəkan un,

1 paket qabartma tozu,

1/2 çay qaşığı duz,

1 yarım stəkan əsmər şəkər (ağ şəkər də olar).

Hazırlanması:

Geniş bir qaba şəkər, yumurta, kərəyağı və vanil əlavə edin və qarışdırın. Un, duz və qabartma tozunu əlavə edin, yaxşıca qarışdırın. Daha sonra xəmiri bərabər miqdarlarda bir neçə kiçik qaba paylaşdırın və hər birinə ayrı bir rəng qida boyası əlavə edin (az-az əlavə edin çünki qida boyasının kiçik bir miqdarı kafi ola bilir).

Yağlanmış keks qəlibinə ya da nimçəyə xəmirləri qat qat əlavə edin və düz bir şəkildə yayın. Əvvəldən isidilmiş sobada 180 dərəcədə bişirin.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!