Meyvəli tort

Meyvəli tort
Şirniyyat və Tortlar
10.09.2017 40
 
Meyvəli Tort

 

 

Vəsaitlər:

 

3 yumurta

1 stəkan süd

yarım stəkan ərinmiş yağ

1 stəkan şəkər tozu

1 paket qabartma tozu

3 yemək qaşığı kakao

1 paket krem şanti (1,5 də ola bilər)

   çiyələk və banan

    qəbul edəcəyi qədər un

 

Hazırlanması: Yumurta və şəkəri yaxşıca çırpın, südü və yağı əlavə edin. Un, qabartma tozu və kakaonu da əlavə edib yaxşıca çırpın. Qəlibə töküb (qandallı istifadə etdim) 170C də 40-45 dəq bişirin. Keks bişəndə keksi iki yerə bölüb soyudun. Bir başqa yerdə krem şantini hazırlayın. Meyvələri soyun. Soyuyan keksin alt döşəməsinə meyvələri istədiyiniz şəkildə sərin və üzərini krem şantiylə doldurun. Ən üstünə isə ayırdığınız digər keksi parçalayaraq səpin və əlinizlə yüngülcə basaraq tökülməsinə mane olun. İstədiyiniz kimi şkafda soyudun və soyuq xidmət edin.
 
Nuş olsun..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!