Marmaladlı Fındıqlı Rulet Peçenyası

Marmaladlı Fındıqlı Rulet Peçenyası
Şirniyyat və Tortlar
10.09.2017 12
VƏSAİTLƏR

Yarım stəkan maye yağ

Yarım stəkan süd

5 yemək qaşığı pudra şəkəri

1 yemək qaşığı darçın

1 yemək qaşığı otaq istiliyində marqarin

1 çimdik duz

1 paket vanil

1 paket qabartma tozu

Un (götürdüyü qədər)

Çiyələk marmeladı (başqa marmeladda istifadə edə bilərsiniz)

Döyülmüş fındıq içi (qozda istifadə edə bilərsiniz)



HAZIRLANMASI


Bir qaba maye yağ, süd, pudra şəkəri, darçın, marqarin, duz, vanil, qabartma tozunu qarışdırın. Bu qarışığa danlaq, danlaq çəkdiyi qədər un əlavə edin. Əlinizlə yoğurun. Yumşaq bir xəmir əldə edin. Xəmiri un səpdiyiniz dəzgaha götürərək xəmirin hər iki üzünü una bulayıb  açın. 30 smə 40 sm  açdığın xəmirin kənarlarını bıçaqla kəsin. Üzərinə marmeladı sürtün, üstünə fındığı səpib xəmirin uzun kənarından yumrulayaraq sarın. Meydana gətirdiyiniz ruleti 1,5 sm aralıqla kəsib yağlı kağız sərdiyiniz nimçəyə ya da borcama aralıqlarla düzün. Əvvəldən 170 C də istilətdiyiniz sobaya qoyub 10dəq bişirin. Son 10dəq qala 200 C yə çıxardın qızıl sarısı rəng olan peçenyelərinizi sobadan götürüb soyumasını gözləyib xidmət edə bilərsiniz.

Nuş olsun….



Tərcümə etdi:
PRETTY_GİRL



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!