Limon souslu keks

Limon souslu keks
Şirniyyat və Tortlar
10.09.2017 51
Vəsaitlər:
4 yumurta sarısı
4 yumurta ağı
200 qr yumşadılmış kərəyağı
1.5 su stəkanı toz şəkər
2.5 su stəkanı un
2 limonun rəndələnilmiş qabığı və suyu
1 paket qabartma tozu
1 paket şəkərli vanil
1 çay stəkanı incə çəkilmiş fındıq
Yarım su stəkanı pudra şəkər


Hazırlanması:
Kərəyağı və şəkəri yaxşıca əriyənə qədər çırpın.
Yumurta sarılarını yavaş-yavaş əlavə edib çırpmağa davam edin.
Fındıq, yarım limon suyunu və 1 limonun rəndələnilmiş qabığını qarışdırın.
Ələdiyiniz un, qabartma tozu və vanili əlavə edib bir az daha qarışdırın.
4 yumurta ağını ağ olub köpüklənənə qədər çırpın.
Keksi taxta qaşıq ilə yavaş-yavaş əlavə edib köpüklər yox olmayacaq şəkildə qarışdırın.
Keks qəlibini yağlayın.
Hazırladığınız keks xəmirini tökün.
Əvvəldən isidilməmiş 160 dərəcə sobada təxminən 40-50 dəqiqə bişirin.
Qalan 1,5 limon suyunu,  pudra şəkəri və limon qabıqlarını qarışdırın.
Keks sobadan çıxdıqdan sonra üzərinə dəliklər açıb bu qarışığı üzərinə çəkin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!