+++++++++++Rəvani və ya Mannı Şirniyyatı.

+++++++++++Rəvani və ya Mannı Şirniyyatı.
Şirniyyat və Tortlar
10.09.2017 22
Ərzaq:

4 yumurta

yarın su stəkanı duru yağ.

1,5 su stəkanı mannı.

1 su stəkanı şəkər.

1 su stəkanı qatıq.

2 su stəkanı un.

2 paket qabartma tozu.

1 paket vanel.

yarım su stəkanı əkilmiş qoz.




Şərbəti:
3 su stəkanı səkər+ 3 su stəkanı su.



Hazırlanması:

Yumurta və şəkər yaxşıca çırpılır (rəvanini hazırlamazdan 3-4 saat əvvəl yumurtaları soyuducudan çıxarılır ki, yumurtalar şəkərlə daha tez çırpılsın).

Qalan ərzaq da əlavə edilib qarışdırılır və keks xəmiri kimi bir xəmir əldə olunur. 

Xəmir yağlanmış tavaya tökülür və 175C də üstü qızarana qədər bişirilir.

Bu miqdar çox böyük tavalar üçün deyil. Tavanız boyükdürsə yəni 24-24 böyüklükdədirsə ərzağın miqdarını bir az artırsanız yaxşı olar. Şərbət üçün şəkər və su,qazda 15 dəqiqə qaynadılır. Altını söndürdükdən sonra 1-2 damcı limon suyu sıxılır şərbətə.

Rəvani bişdikdən sonra sobadan çıxardılır və üzərinə ilıq şərbət hər tərəfinə gəzdirilərək tökülür. Kakosla üzəri bəzənir.
 
Nuş Olsun :) 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!