+++++++++++"Şəkərparə."

+++++++++++
Şirniyyat və Tortlar
10.09.2017 21
Ərzaq:1 paket marqarin

1 su stəkanı pudra şəkəri

4 yemək qaşığı mannı

2 yemək qaşığı kakos

2 yumurta

yarım portagal kabugu rəndəsi ( rəndə ilə rəndələyirik)

4 su stəkanı un

1 paket qabartma tozu

1 paket vanel



Şərbəti üçün:

3 su stəkanı şəkər,4 su stəkanı su,yarım limonun suyu



Üzərinə:

Təmizlənmiş fındıq dənəsi



Hazırlanması:

1 paket yumuşaq marqarin və geri qalan ərzağı birlikdə qarışdıraraq yumuşaq xəmir əldə edirik. (unu yavaş yavaş əlavə edin, birdən xəmir bərk olar çarəsiz vəziyyətdə qalmayasınız).

Xəmirdən az az alıb yumurtadan bir az böyük kundə şəkilində yuvarlayırıq.

Bir az əlimizlə yastı şəkilə salırıq.

Tavaya düzürük və üstünə fındıq ləpəsi batırırıq (paxlavada olduğu kimi).

Əvvəlcədən isidilmiş sobada (dxovkada bir az qızarana qədər bişiririk.

Çox bişməsin ki, quruyar şərbəti özünə çəkməsi heç də asan olmaz.



Şərbətin hazırlanması:

3 su stəkanı şəkəri və 4 su stəkanı suyu qazanda qaynadırıq.

Qaynadıqdan 5 dəqiqə sonra yarım limonun suyunu əlavə edib bir az daha qaynadırıq.

Altını söndürüb ilıq olmasınını gözləyirik.

Şəkərparələr bişdikdən sonra sobadan çıxarırıq və 3 dəqiqə sonra ilıq şərbəti şəkərparələrin üzərinə gəzdiririk (fikir verin şəkərparələr isti şərbət isə ilıq olmalıdır). Tavanın üzərinə qapaq və ya başqa bir tava çeviririk. Bu şərbəti daha yaxşı çəkməsi üçündür.Yeyəcəyiniz zamana qədər də açmayın.
 
 
Nuş Olsun :)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!