++++++++++İki Rəngli Peçenyələr.

++++++++++İki Rəngli Peçenyələr.
Şirniyyat və Tortlar
10.09.2017 46
Tərkibi:
3 Yumurta,

250 qr marqarin (1 paket)

1 st. şəkər tozu (kirşanı da olar)

1 x/q dan biraz çox kakao

1 paket qabartma tozu

3-3.5 st un ("kulak memesi" yumşaqlığında xəmir alınanacan)




Hazırlanması:
2 Yumurtanın sarısını və 1 yumurtanın ağını, şəkər tozunu qəşəngcə çalırıq mikserlə, pesok tamam əriyir. Marqarini əridib qaba qatırıq və mikserlə çalmağa davam edirik. Unu və qabartma tozunu ələkdən keçiririk, stəkan-stəkan bayaqki qarışığa əlavə etdikcə yoğururuq, yumşaq xəmir alınır.

Xəmiri bərabər iki hissəyə ayırırıq, bir hissəsinə kakao qatıb yoğururuq. Sadə xəmiri oxlovla açırıq, kakaolu xəmiri də eyni qalınlıqda(orta qalınlıqda olmalıdırlar, nazik yox) açıb üst-üstə qoyub bir dəfə üstündən oxlov gəzdiririk. Xəmiri rulet formasında bükürük. Rulet çox qalın olmamalıdır. 35-40 dəq. ruleti soyuducuda saxlayın. Sonra bıçaqla 1 barmaq qalınlığında ruleti dilimləyin. Sobanı biraz əvvəlcədən 180 dərəcədə isitmək lazımdır ki, yayılmasın qurabiyələr. Təxminən 10 dəq bişirin. 
 
Nuş Olsun :) скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!