Dondurma Tortu

Dondurma Tortu
Şirniyyat və Tortlar
10.09.2017 66
Tərkibi
4 yumurta
1 stəkan un
1 stəkan şəkər tozu
2 xörək qaşığı kakao
1 paket qabartma tozu
1 paket "krem-şanti"
1 stəkan süd
500 qram şokoladlı dondurma
1 çay qaşığı qəhvə (döyülməmiş)
1 stəkan isti su
Vanil


Hazırlanması

Yumurtaları qırın, şəkər tozunu əlavə edərək çırpın. Ayrı bir qabda unu, qabartma tozu, kakao və vanili qarışdırın, yoğurun. Sonra qarışığı yuvarlaq qaba tökün, 170 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin. Sobanın temperaturunu 150 dərəcəyədək aşağı salıb sonadək bişirin.
Bişmiş içliyi üç bərabər hissəyə ayırın, yuvarlaq tort çəmbərinə qoyun. 
Daha sonra krem üçün süd və "krem-şanti"ni qarışdırın, qabarana qədər çırpın, şokoladlı dondurmanı əlavə edib qarışdırın.
Qəhvə dənələri və şəkər tozunu isti su ilə qarışdırıb tort içliyinin üstünə sürtün, dondurmalı şantinin bir qismini əlavə edin və yayın.
Tortun ikinci hissəsini ilk hissənin üzərinə qoyun, əvvəlki prosesi təkrarlayın. Sonda üçüncü hissəni qoyun, üzərinə krem-şantini sürtün, dənəvər şokolad və qəhvəni səpin, bəzəyin. Sonra alınmış tortu souyuducunun buzluğuna qoyun, sərtləşəndə çıxarın və süfrəyə verin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!