Almalı, fındıqlı keks

Almalı, fındıqlı keks
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi üçün:




4 yumurta

1.5 stəkan şəkər tozu

1 stəkan süd

1 stəkan yağ

1 ədəd böyük alma

1 paket qabartma tozu

1 çay qaşığı vanil

1 çay qaşığı darçın

1 stəkan fındıq və Kifayət qədər un



Hazırlanması:




Qabda 4 ədəd yumurtanı çırpın. Üzərinə 1.5 stəkan şəkər tozu əlavə edin və mikserlə qarışdırın. 1 ədəd almanı rəndələyin. Sonra almanı da oraya əlavə edin. Üzərinə 1 stəkan süd, 1 stəkan yağ əlavə edib mikserlə qarışdırmağa davam edin. Üzərinə fındıq əlavə edin. Sonra üzərinə 1 paket qabartma tozu və vanil əlavə edin. Keks qarışığına xəmir olacağına qədər un əlavə edin. Keks qəlibinə keks qarışığını tökün və əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada bişirin.



 Nuş olsun!




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!