+++++++++++++++++Jeleli Bananlı Tort

+++++++++++++++++Jeleli Bananlı Tort
Şirniyyat və Tortlar
10.09.2017 47

Tərkibi:

yarım hazır və ya evdə hazırlanmış keks
keksi islatmaq üçün ərik, şaftalı və ya açıq rəngli marmetlarlardan biri
2-3 ədəd banan
2-3 ədəd kivi
1 paket bitki mənşəli bananlı jele


Hazırlanması:

1. Keksi ikiyə bölüb bir dənəsini sonrada istifadə etmək üçün soyuducuya qoya bilərsiniz.
2. 1-2 yemək qaşığı marmeladı ilıq yarım çay stəkanı qədər su ilə qarışdırıb keksinizi isladın.
3. Bananları iri və düz şəkildə dilimləyin. Kiviləri də soyub əvvəl iki yerə bölüb yarım ay şəklində dilimləyin.
4. Jeleni paketə görə hazırlayın. Istəsəniz paketdəki su ölçüsünün yarısı qədər isti su ilə qarışdırıb daha sonra qalan suyu soyuq əlavə edə bilərsiniz. Beləliklə jeleniz daha tez qatılaşmağa başlayacaq.
5. Meyvələri keks döşəməsinin üzərinə istədiyiniz şəkildə sərin.
6. Jeleniz qatılaşmağa başladığı zaman qaşıqla meyvələrin üzərinə gəzdirib donmasını təmin edin. Qalan jeleni də soyumadan töküb düzəltdikdən sonra soyuducunda 1-2 saat gözlədin. Soyuduqdan sonra xidmət edin.

* Not1: Qandallı keks qəlibiniz varsa, qandal qismini yerləşdirib bağladıqdan sonra meyvələri qoyub jeleni tökün. Jele tortun kənarlarında daha düz şəkil alacaq.
* Not2: İstəsəniz tort arasına istifadə etdiyiniz vanilli kremi bişirib keksin üzərinə sərə bilər, sonra eyni əməliyyatlara davam edə bilərsiniz. Beləliklə tortunuz dahada ləzzətli və doyurucu olacaq.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!