Ərikli Peçenya

Ərikli Peçenya
Şirniyyat və Tortlar
10.09.2017 42

Lazım olanlar:

1 su stəkanı xırda doğranmış quru ərik 
5 yemək qaşığı pudra şəkəri 
1 paket marqarin (otaq istiliyində) 
3 su stəkanı un 
1 paket qabartma tozu 
2 yumurta
Qıyılmış kokos

Hazırlanışı:


Əvvəl marqarini, yumurtaların sarılarını və ərikləri qarışdırın.
Üzərinə pudra şəkərini əlavə edib bir az daha qarışdırın. 
Ən son da unu və qabartma tozunu əlavə edib xəmir edin. 
Xəmirdən parçalar götürüb yumrulayın, yüngülcə basdırıb peçenye şəkli verin. Bu vaxt ocağıı 180 C`ə nizamlayın.
Peçenyeləri əvvəl yumurta ağına, sonra da kokosa batırıb yağlanılmış nimçəyə yerləşdirin. 
Sobada üzərləri qızarana qədər bişirin.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!