Armudlu Keks

Armudlu Keks
Şirniyyat və Tortlar
10.09.2017 25
Vəsaitlər:
3 ədəd armud ( mümkünsə sərt olanlarından)
3 yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı maye yağ
1 su stəkanı qatıq
3 su stəkanı un
1 çay qaşığı darçın
1 çay qaşığı zəncəfil
2 şorba qaşığı hindqozu
1 paket qabartma tozu
1 paket vanil
1 çimdik duz

Hazırlanışı:
Bir kasada yumurtaları şəkərlə birlikdə köpük köpük olana qədər çırpın.
Maye yağı, qatığı, Hindqozu, zəncəfil və darçını əlavə edib, 2-3 dəqiqə daha çırpaq.
Ələnilmiş un, qabartma tozu və vanili əlavə edib yavaş-yavaş qarışdırın.
Armudları qabıqlarını soyub, kvadrat kavadrat doğrayın. Xəmirin içinə qatıb bir az qarışdırın. 
Qabı yağlayıb üzerinə un səpin. 
Xəmiri qaba boşaldın.
190 dərəcə istilikli sobada üzəri qızarana qədər bişirin. (təxminən 40-45 dəqiqə)
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!