++++++++++++++++++Zəncəfilli Limonlu Keks

++++++++++++++++++Zəncəfilli Limonlu Keks
Şirniyyat və Tortlar
10.09.2017 30
Tərkibi:
2 su stəkanı un
15 qr maya
2 şorba qaşığı + 1 çay qaşığı şəkər
1 şorba qaşığı ilıq su
1 çay qaşığı zəncəfil
1 çay qaşığı limon qabığı rəndəsi
½ su stəkanından bir az çox ilıq süd
60 qr (4 şorba qaşığı) + 1 şorba qaşığı kərəyağı əridilmiş
1 yumurta yüngül çırpılmış
½ su stəkanı əzilmiş biskvit
2 şorba qaşığı şəkər
1 şorba qaşığı darçın
4 şorba qaşığı kərəyağı (yumşadılmış)

Hazırlanması:
Mayanı kiçik bir kasada parçalayıb, 1 çay qaşığı şəkərlə birlikdə çəngəllə əzin
Suyu əlavə edib, 15-20 dəqiqə maya qabarana qədər saxlayın. Un, duz və zəncəfili bir kasada ələyib, limon rəndəsi və 2 şorba qaşığı şəkəri əlavə edərək taxta bir qaşıqla qarışdırın. Ortasını çuxurlaşdırıb, maya, süd, 4 şorba qaşığı əridilmiş yağı və yumurtanı qoyun. Barmaqlarınızla qarışdırın. Xəmiri yüngül unlanmış bir dəzgaha çıxarıb 2-3 dəqiqə hamar bir hala gələnə qədər yoğurun.Xəmiri bir kasa içində üstünü bağlayaraq, iki qat qabarana qədər, 1-1,5 saat qədər saxlayın. Qabaran xəmiri 3 dəqiqə daha yoğurduqdan sonra, 2,5 sm qalınlığında bir kvadrat formasında açın. Əlinizlə təxminən 5 sm lik düzbucaqlı forması verib, qəlibə qoyun Keksin üstünü hazırlamaq üçün, bir kasada biskvit, darçın və yağı, çörək içi görünüşü sahəyə qədər qarışdırın. Qarışığı keksin üstünə səpin 180 dərəcə əvvəldən isidilmiş sobada 40-45 dəqiqə qədər üstü yüngül və yumşaq olana qədər bişirin.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!