Albalı Tortu

Albalı Tortu
Şirniyyat və Tortlar
10.09.2017 29
Tərkibi:

150 qr. kəpəkli şirin biskvit 
80 qr. biskviti
70 qr. əridilmiş kərəyağı 
500 kq. albalı 
150 ml. portağal suyu 
80 qr. şəkər 
1 paket şəkərli vanil 
1 ədəd çubuq darçın
8 yarpaq jelatin 
750 qr. süzmə qatıq
40 qr. pudra şəkəri
50 ml. badam siropu 
400 ml. krem 
Duz


Hazırlanması:
Biskvitləri əlinizlə kiçik parçalara qırın. Kərəyağı və bir az duz əlavə edib mikserin xəmir qarışdırma ucu ilə 2-3 dəqiqə qarışdırın
24 sm. diametrindəki qandallı qəlibə soba kağızı sərin. Biskvit qarışığını bərabər olaraq yayın,basdıraraq sıxışdırdıqdan sonra soyuducunda saxlayın.
Tortu bəzəmək üçün 10 ədəd albalı ayırın. Qalan albalıların tumlarını çıxardın. Şəkəri qazanda açıq qəhvərəngi olana qədər qarışdırın. Portağal suyu, şəkərli vanil və çubuq darçını əlavə etdikdən sonra orta atəşdə 5 dəqiqə qaynadın.
3 yarpaq jelatini soyuq suda yumşaldın. Albalıları portağal suyuna əlavə edin. Orta atəşdə 3-4 dəqiqə bişirib atəşdən alın. Suları sıxılmış jelatinləri qarışığın içində qarışdıraraq əridin və soyumağa buraxın.
Qatıq, pudra şəkəri və badam siropunu qarışdırın. Qalan jelatinləri soyuq suda yumşaldıb sularını sıxın. 100 ml. ilıq kremdə əritdikdən sonra qatığa əlavə edin və gözləmədən tel çırpıcıyla qarışdırın. Qalan kremi sürətlicə çırpın və qarışdıraraq qatığa əlavə edin.
Qatıqlı qarışğın yarısını qəlibdəki biskvitlərin üzərinə yayın. Üstünə albalılı qarışıqdan qoyun və qalan qatıqlı qarışıqla üstünü bərabər şəkildə bağlayın. Tortu 4 saat soyuducunda gözlədin. Xidmət etmədən əvvəl bir bıçaqla tortu qəlibdən çıxardın və ayırdığınız albalılarla bəzəyin. Albalı alarkən təmiz parlaq və ziyansız olanlara seçməyə diqqət edin. Albalıları soyuducundan çıxartdıqdan sonra otaq istiliyində 1-2 saat gözlətsəniz dadı daha ləzzətli olacaq.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!