Dondurma

Dondurma
Şirniyyat və Tortlar
10.09.2017 15
Lazım olan ərzaqlar:

 

2st süd

 

2st qaymaq

 

5yumurta sarısı (yumurta balacadısa 6yumurta sarısı istifadə edin)

 

3/4st şəkər tozu

 

2çay qaşığı vanel

 

Hazırlanması:

 

Südü və qaymağı qazana qoyub orta odda qaynadın. Qaynayan kimi kənara çəkin.

 

İri qabda yumurta sarısı və şəkər tozunu mikserlə və ya qaşıqla rəngi biraz açılanadək və kutlə bir qədər qatılaşanadək çalın. Qaynatdığınız süd-qaymağı yavaş-yavaş qarışığa əlavə edib tez-tez qarışdırınki yumurta bişməsin. Alınan qarışığı qazana geri tökun. Orta odda taxta qaşığla dayanmadan qarışdıra-qarışdıra kutlə biraz qatılaşanadək bişirin. Bu proses təxminən 7 dəqiqə çəkəcək. Qarışığı süzgəcdən keçirtmək şərtilə qaba boşaldın. Vaneli əlavə edib qarışığı soyuducuya qoyunki dondurma tamamilə soyusun. Soyumuş dondurmanı soyuducudan çıxardaraq mikserlə və ya əldə bərk-bərk çalın və dondurmanı soyuducuya geri qoyun. Bundan sonra 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Dondurma hazırdı. Zövqünüzə uyğun sufrəyə

 

vermək olar.
Nuş olsun!

 

 
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!