Paxlavasız "Novruz" Olmaz.

Paxlavasız
Şirniyyat və Tortlar
10.09.2017 55
 
Novruzda bayram süfrəsinin bəzəyi olan bəzi Azərbaycan şirniyyatları haqqında artıq yazmışıq: şəkərbura və qoğal. Bu gün biz sizə paxlava haqqında danışacağıq.

Ərzaqlar:
Ərinmiş yağ – 690 q.
Yumurta.
Süd – 4 xörək qaşığı.
Un – 1,5 stəkan.
Maya – 8 q.
Qoz yaxud badam ləpəsi.
Şəkər tozu – yarım stəkan.
Vanil tozu – 2/10 q.Zəfəran – 3/10.
Bal – 20 q.
Hazırlanması:
Əvvəlcə unu götürün, üzərinə şəkər, duz, yumurta, maya əlavə edib qarışdırın. Südü qızdırın, isti südü unun üzərinə əlavə edin, xəmiri yaxşıca yoğurun ki, xəmir bərk olsun. Xəmirin mütləq 1,5 saat  gəlməsini gözləyin, sonra isə yarım santimetr qalınlığında lavaşlar açın, yağlanmış qabın içinə qoyun, üyüdülmüş qozu əlavə edin, digər lavaşı qoyun, yağlayın, yenə qoz əlavə edin, belə davam edin.Paxlavanı romb şəklində doğrayın, zəfərənlı yumurtanı paxlavanın üzərinə çəkin, hər rombun ortasına qoz qoyun. Paxlavanı 200 dərəcəyədək qızdırılmış sobaya qoyun və 35 dəqiqə bişirin. Hazır olmazdan 15 dəqiqə əvvəl paxlavanın üzərinə ballı şərbəti tökün.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!