Səməni Halvası.

Səməni Halvası.
Şirniyyat və Tortlar
10.09.2017 96
Ərzaqlar:
100 qram buğda şirəsi.
500 qram un.
100 qram ərinmiş yağ.
200 qram doşab.
100 qram qoz ləpəsi.
2 q. cirə.
2 qram darçın.
1 q. raziyanə.
istiot.
Hazırlanma qaydası:
Buğdadan adi qayda üzrə səməni cücərdirsiz.
Səməninin cücərtiləri sarımtıl rəngdə olduqda, onu ətçəkən maşından keçirdirsiz. 
Şirəsini tənzifdən keçirdib, üzərinə un tökərək, xəmir yoğurursuz. 
100 qram buğdanın şirəsinə 500 qram un götürürsüz. 
Xəmiri yağlanmış mis tiyana qoyub, zəif od üzərində 4 saata kimi aram-aram qarışdıraraq bişirirsiz.
Hər dəfə xəmiri qarışdırarkən dibinə yağ əlavə edirsiz. 
Axırda qoz ləpəsi, ədviyyat və doşab vurub, yaxşıca qarışdırırsız. 
Hazır halvadan yumru kökələr düzəldib, üzərinə yarıya bölünmüş qoz düzürsüz. 

Nuş olsun
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!