Ərikli Piroq.

Ərikli Piroq.
Şirniyyat və Tortlar
10.09.2017 29
Tərkibi:
220 qram un.
100 qram toz şəkər.
75 qram kərəyağı.
250 qram ərik marmeladı.
1 ədəd yumurta sarısı.
1 ədəd limon.
1 fincan süd.
Bir tutam duz.

Hazırlanması:
Qəlibi kərə yağı ilə yağlayıb, unlayıb, bir kənara qoyun. Ələnilmiş unun ortasını açıb, içinə yumurtanın sarısı, şəkər tozu, yarım limon qabığı (rəndələnilmiş), otaq istiliyində yumşalmış kərə, südü və biraz duzu qoyub, yaxşıca yoğurun.
Xəmir səviyyəsinə gəlincə yağlı kağıza sarıyıb, soyuducuda ən az 1 saat qədər istirahət etdirin.
Marmeladı bir qazana boşaldıb, içinə 2 şorba qaşığı su əlavə edərək, ocağa qoyaq.Vam qazda, taxta bir qaşıq köməyi ilə davamlı qarışdıraraq, axıcı bir səviyyəyə gətirməyə çalışın. Ocaqdan götürüb, soyumağını gözləyin.
Xəmiri oxlov ilə, lazımdırsa un ilə yarım santimetr qalınlığında açıb, qəlibin ətrafını və dibini örtəcək şəkildə yerləşdirin.
Qəlibin ətrafından sallanan hissələri bıçaq ilə kəsib, yenidən yoğurun. Yarım santimetr qalınlınlığında açın.
Soyuyan marmeladı qalıbtaki xəmirin üzərinə yayıb, düzəldin.
Hazırladığımız xəmirləri istədiyimiz şəkildə marmeladın üzərinə yerləşdirib, 170 dərəcəli sobada altı və üstü qızarana qədər bişirin. Bişən piroqu bir az dinləndirdikdən sonra qəlibindən çıxarıb, yaxşıca soyuduqdan sonra dilimləyərək, xidmət edin.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!