Almalı Piroq.

Almalı Piroq.
Şirniyyat və Tortlar
10.09.2017 37
Tərkibi:
Un - 130 qram
Kərə yağı - 80 qram
Şəkər tozu - 140 qram
Yumurta - 1 ədəd
Süd - 125 ml.
Darçın - 1 yemək qaşığı
Alma - 1 ədəd
Soda - 1/4 çay qaşığı
Duz - 1/4 çay qaşığı
Hazırlanması:
Əvvəlcə, 140 qram götürdüyümüz şəkər tozunun 70 qramını ayırıb, yağla birgə çalırıq. Və bura soda ilə duzu da əlavə edirik.Ardınca yumurta və unu əlavə edib çalmağa davam edirik.Daha sonra ilıq südü əlavə edirik.Sonra almanın qabığını soyub, dilimləyirik.Sonra isə, hazırlamış olduğumuz xəmiri sobanın qabına töküb, yayırıq.Üzərinə isə alma dilimlərini düzürük.Və əvvəlcədən ayırdığımız şəkər tozunun qalanını darçınla birlikdə başqa bir qabda qarışdırıb, almaların üzərinə səpirik.Və piroqumuzu əvvəlcədən 190 dərəcədə qızdırılmış sobaya qoyub, 25 dəqiqə ərzində bişiririk.Budur..Piroqumuz hazırdır..


Nuş olsun 


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!