+++++++++++++++++Dadlı Şirniyyat

+++++++++++++++++Dadlı Şirniyyat
Şirniyyat və Tortlar
10.09.2017 74

 


Lazım olanlar:
16 ədəd yuxa (Kiçik bir soba nimçəsi üçün kafi olur, miqdarı siz özünüzə görə artıra bilərsiniz)


Pudra şəkəri


Qoz


Tahin (3 çay stəkanı)


Maye yağ (Yarım çay stəkanı)



Hazırlanması:
Yuxalardan bir dənəsini düz bir zəminə sərin, üzərinə hazırlamış olduğunuz maye yağ və tahin qarışığını fırça ilə sürüb və pudra şəkəri səpin. Üzərinə ikinci kövrəyi sərin eyni əməliyyatı bu kövrək üçün də tətbiq edin üzərinə 3. kövrəyi sərin tahin sürün, pudra şəkəri səpin və 4-cü yuxanı sərib onun üzərinə də eyni əməliyyatları təkrarlayın. Ən üst qatamın bir kənarına qoz sərək və çıx möhkəm olmayacaq şəkildə yuxanı rulet formasında edək. 2-3 barmaq enində kəsəlim və yağlı kağız sərilmiş nimçəyə qoyaq. Digər yuxaları da eyni şəkildə hazırladıqdan sonra 180 dərəcədə istilətdiyimiz sobada üzəri yüngül çəhrayılaşana qədər bişirək. Çox sürətli bişər, sobanı nəzarət etməyi unutmayın. Peçenyenin içinə səpmiş olduğunuz pudra şəkərinə görə əgər çox səpmiş sinizsə ehtiyac yoxdur ancaq az gəlmiş isə soyuduqdan sonra üzərinə də pudra şəkəri səpə bilərsiniz. 



Maye yağ qarışığı: Maye yağ tahinin daha asan sürtülməsini təmin edəcək. Əgər tahininiz tünd isə və yuxalara sürməkdə çətinlik çəksəniz maye yağ əlavə edə bilərsiniz ancaq tahin də yağlı bir qida, buna görə maye yağ miqdarına diqqət yetirilməli çox yağlı bir qarışıq peçenyenin dadını poza bilər.


Nuş olsun!



Tərcümə Etdi: SeSSiZ_SuNaMi



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!