++++++++++++++++++Şəkərparə

++++++++++++++++++Şəkərparə
Şirniyyat və Tortlar
10.09.2017 36
Tərkibi:
2,5 su stəkanı un
125 qr. marqarin
1 şorba qaşığı pudra şəkəri
2 su stəkanı şəkər
2 ədəd yumurta
Limon qabığı rəndəsi
1/2 paket vanil
1 xörək qaşığı Limon suyu
10 ədəd badam
1 qəhvə qaşığı qabartma tozu


Hazırlanması:
1. Şəkər, 2 su stəkanı su ilə qaynadılır və köpükləri alınır. Limon suyu əlavə edilib qatılaşanda atəşdən alın.
2. Şüşə və ya farfor bir kasada yağ ilə pudra şəkər qarışdıraraq ağardılır. Yumurta, limon qabığı rəndəsi, vanil, un, qabartma tozu əlavə edilib yoğrulur.
3. Qoz böyüklüyündə parçalara bölünüb ovuc içində yuvarlanır. Yüngülcə bastırılıb qabığı çıxarılmış yarım badam yapışdırılır.
4. Yağlanmış nimçəyə düzülüb orta hərarətli sobada çəhrayı rəngdə bişirin.
5. Istiykən üzərinə şərbət tökülür. Yüngül atəşdə və ya sobada şərbət hopdurulur.

Nuş olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!