Yumurta Şirnisi

Yumurta Şirnisi
Şirniyyat və Tortlar
10.09.2017 64
Vəsaitlər:
• 3 ədəd yumurta
• Bir yarım limonun suyu
• Bir yarım su stəkanı un
• 1 çay qaşığı karbonat

Şərbəti üçün:

• 3 su stəkanı şəkər tozu
• Su stəkanı su
• 1 xörək qaşığı limon suyu
• 2 su stəkanı duru yağ (qızartmaq üçün)

Hazırlanması:

1. Əvvəlcə şərbət üçün su və şəkər tozu bir qazana əlavə edib batıq atəşdə qaynadaraq şərbət halına gələnə qədər qaynadın, qaynamağa yaxın limon suyunu əlavə edib ocaqdan götürün. Soyuması üçün kənara qoyun.
2. Dərin bir qabın içində yumurtaları yaxşıca çırpın və limon suyunu əlavə edib çırpmağa davam edin.
3. Ardından unu və karbonatı əlavə edib yaxşıca qarışdırın.
4. Dərin bir tavaya yağı əlavə edib qızdırın.
5. Gözləmədən, bir yemək qaşığı ilə qarışıqdan yağa atın. Nar kimi qızartdığınızda isti olaraq, soyuq şərbətə atın və dərhal çıxarın.
6. Xidmət qabına alıb servis edin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!