++++++++++Bəkməzli Armud Şirniyyatı

++++++++++Bəkməzli Armud Şirniyyatı
Şirniyyat və Tortlar
10.09.2017 33
Tərkibi:
6 sərt armud
1 yemək qaşığı limon suyu
1 su stəkanı ağ şərab (seçimə bağlı)
1 limonun lent halında qabıqları
1 darçın çubuğu (ya da yarım şirin qaşığı toz darçın)
2 yemək qaşığı bəkməz
Yarım çay qaşığı misir nişastası
3 su stəkanı az yağlı qatıq


Hazırlanması:

Armudların qabıqlarını incəcik soyun. Saplarıyla birlikdə bütün olaraq buraxın. Qaralmamaları üçün, fırça ilə üzərlərinə limon suyu sürtün. Bir kartof soyucusu, ya da iti bir bıçaqla armudların altından girib, nüvə yuvalarını çıxarın. Armudları geniş bir qazana qoyun. Sonra üzərlərini örtəcək səviyyədə soyuq suyu və şərabı tökün.
Limon qabıqlarını və darçın çubuğunu da qazana qoyub qaynadın. Altını qısıb, qapağını bağlayın və 40 dəqiqə armudlar yumuşayana qədər bişirin. Bişərkən, armudları tez-tez çevirin. Bişincə, bir qaşıqla sularını süzüb diqqətlə qaldırın. Qalan mayeni (yarım su stəkanı qədər), qapağını bağlamadan batıq atəşdə bişirin. Sonra süzüb bir dolçaya qoyun. Bəkməz də əlavə edib qarışdırın.
Qarğıdalı nişastasını qazana töküb, bərkiyənə qədər bişirin. Bu əməliyyatı edərkən davamlı qarışdırın. Sonra soyumağa buraxın. Armudları üç dörddəbir parçaya ayırın. Bunları kəsərkən armudların sapına qədər gəlib, bir az sapa yaxın yerdə buraxın. Hər armudu yelpik şəklində xidmət qabına qoyun. İki yemək qaşığı soyumuş siropu qatıqla qarışdırıb, qaşıqla armudların ətrafına qoyun. Qalan siropu armudların üzərinə töküb, gözlətmədən xidmət edin.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!