Supangle

Supangle
Şirniyyat və Tortlar
10.09.2017 23
 
Tərkibi:
6 yumurta
6 qəhvə fincanı un
1 limon qabığı rəndəsi
3 stəkan pudra şəkəri

Kremi üçün:
6 su stəkanı süd
2 su stəkanı şəkər
4 yumurta
2 qəhvə qaşığı vanil
50 qram şokolad
1 xörək qaşığı kakao
1 su stəkanı un

Hazırlanması:
Yumurtaların ağlarını sarılarını bir-birindən ayırın. Sarısını pudra şəkəri ilə birlikdə qatılaşana qədər çırpın. Digər tərəfdə ağları köpük halına gələnə qədər çırparaq qarışdırın. Sonra ağları, unu və sarıları qarışdırın. Sonra bu qarışığı sıxma torbasına töküb, yağlanıb unlanmış nimçəyə orta böyüklükdə yumrular olaraq sıxın.
Sonra sobaya verib 20 dəqiqə bişirin. Digər tərəfdə krem üçün hazırladığınız südü bir qazana əlavə edin və şəkəri içində əridin.
4 yumurtanı çırparaq əlavə edin. Unu yavaş-yavaş tökün. Vanil və kakaonu əlavə edərək hamısını yaxşıca qarışdırıb bir-birinin içində həll edin.
Sonra orta atəşdə 10 dəqiqə qatılaşana qədər bişirin. Daha sonra soyudun. Sobadan aldığınız bişmiş xəmirləri cüt cüt ayırın.
Hər birinin arasına bu kremdən sürtün. Qalan kremi iki stəkan südü və şokoladı əlavə edərək yüngül atəşə istilədin.

Ocaqdan alıb ilıqlaşanda servis qabına qoyulmuş kremli yumruların üzərinə tökərək sevis edin.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!