++++++++++Şokoladlı tort

++++++++++Şokoladlı tort
Şirniyyat və Tortlar
10.09.2017 49
Tərkibi:
4 su stəkanı un
110 qr kərəyağı
Yarım su stəkanı pudra şəkəri
1 su stəkanı süd
1 çay qaşığı qabartma tozu
50 qr kakao
Üzəri üçün:
3 su stəkanı süd
4 yemək qaşığı un
100 ml krem
1.5 çay stəkanı toz şəkər
200 qr qırılmış  şokolad
Hazırlanması
Şirin krakerler üçün lazımlı vəsaitləri dərin bir qabda yoğurun. Xəmir ələ yapışmayan bir konsistensiya aldıqdan sonra üzərini streç  ilə örtüb soyuducunda 20 dəqiqə gözlədin. Xəmiri dəzgaha alıb kraker incəliyində açın. 20 sm genişliyində 5 yumru kəsin Hər dairəni yağlı kağız sərdiyiniz nimçəyə düzün. Əvvəldən isidilmiş 170 dərəcədə sobada 20 dəqiqə bişirin. Pudinq üçün süd, unu və toz şəkəri qazanda qarışdırın. Pudinq konsistensiyasına gələnə qədər bişirin. Kremi də əlavə edib qarışdırın.Qazın üzərindən  alın. Krakeri dəzgaha alın. Üzərinə isti kremi əlavə edib yayın. Şokoladı səpin. 4 qat tamamlanana qədər bu əməliyyatı tətbiq edin. 4. qatın üzərinə qalan pudinqi çəkib yayın. Qalan şokoladları üzərinə səpin. Tortu qapaqlı bir keks qəlibinə alıb soyuducunda 1 gecə gözlədin. Sabahısı gün dilimləyib xidmət edin.
Şokoladlı kraker tort artıq hazır, nuş olsun.
Tərcümə etdi:Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!