++++++++Xurmalı Və Fındıqlı Unsuz Keks

++++++++Xurmalı Və Fındıqlı Unsuz Keks
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi:

200 qr 70% kakaolu şokolad
220 qr xurma
150 ml su
45 ml fındıq likörü
1 ş.ç qaşığı vanil
3 yumurta
3 yumurta sarısı
1 tutam duz
120 qr əsmər şəkər
170 qr kərə yağı
200 qr toz fındıq
100 qr fındıq içi

 
Hazırlanması:

Fındıq içlərini bir tavaya tokub, orta xodda taxta qaşıqla davamlı qarışdıraraq, qovurun və daha sonra soyumağa qoyun.

Xurmaların tumlarını ayırd edib, bir sous qazanında vanil, fındıq likörü və suyla birlikdə qarışdırıb, qaynadın.

Xurmalar yumşalıb, pürə halına gəlincə, ocaqdan alın və soyumağa qoyun.

Yumurtaları, yumurta sarılarını, duz və əsmər şəkərlə birlikdə çırpın.

Kərəyağını orta xodda əridin. Kiçik parçalara ayırdığınız şokoladı əlavə edin. Şokolad tamamilə əriyincə, kasanı ocaqdan alın.

Şokoladı yumurtalı qarışıqla birləşdirib, qarışdırın. Xurmaları və üyüdülmüş fındıqları da əlavə edib, yaxşıca qarışdırın.

Qovrulmuş fındıqları əlavə edib, qarışdırın. Muffin qəliblərinə muffin kağızlarını yerləşdirin və qarışığı içlərinə paylaşdırın.

Əvvəldən isidilmiş 170 dərəcə sobada 40 dəqiqə bişirin.

 
Nuş olsun!  
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!