++++++++++Damalı Peçenya

++++++++++Damalı Peçenya
Şirniyyat və Tortlar
10.09.2017 26

Tərkibi:
•1 pt kakao
• 1 pt kərəyağı
• 2 st şəkər tozu
• 3 ədəd yumurta
• 2 xq vanil
• 4 st un
• yarım çq karbonat
• yarım çq duz

Hazırlanması:
Şəkəri və kərə yağını konsistensiyasına gələnə qədər çalın, yumurtaların 2 'sini tək-tək əlavə edib vanil də əlavə edərək çalmağa davam edin. Ayrı bir qab içərisində unu, karbonat və duzu qarışdırıb, yumurtalı qarışığa 3 dəfə əlavə edin. Un az gəldisə az-az olmaq üzrə un əlavə edin. Xəmiri iki yerə bölüb yarısına kakao qarışdırın. Sadə xəmiri 2 yağlı kağız arasına qoyub mərdanə (qalın oxlov) ilə açın. Kakaolu xəmiridə eyni vəziyyətdə edib, xəmirləri 30dəq. soyuducuda gözlədin. Xəmirləri şkafdan çıxarıb 2 barmaq qalınlığında lentlər qəsin. Yağlı kağız üzərində 2 vanilli lenti və 1 kakaolu lenti bir-birlərinə yaxın amma dəyməyəcək şəkildə yan-yana qoyun. Qalan bir yumurtanı bir kasada çırpın və fırça köməyiylə yerləşdirdiyiniz lent üzərlərinə və yanlarına sürtün. Lent bir-birlərinə dəymədən yüngülcə itələyərək, 2 kakaolu və bir vanilli lent yerləşdirib onlara da yumurta sürtün və bu şəkildə 3 qat edin. Mərtəbə tamamlanınca bıçaq ilə bir barmaq genişliyində qəliblər kəsib strec kağıza büküb dərhal soyuducuya qoyun. Bu əməliyyata bütün lentlər bitənə qədər davam edin. Qəlibləri 30 dəq. gözlədin. 180 ° C nizamlı sobada qəlibləri yağlı kağız sərilmiş listə düzüb, 12 dəq. bişirin. Sobadan çıxardıqdan sonra 3 dəqiqə boşqabın üzərində soyudun. Daha sonra telin üzərinə götürərək tamamilə soyumalarını təmin edin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!